1. Home
  2. »
  3. Haqqımızda

Biz kimik?

CREON – bu sadəcə bir media şirkəti deyil, bir fikir evi, bir komanda, bir hekayədir.
2016-cı ildən bəri vizual düşüncə və texnologiyanın kəsişməsində işlər görür, markaların dəyərlərini görünən və hiss olunan hala gətiririk.

Nə edirik?

İşimiz vizuallarla başlayır, amma orada bitmir. CREON komandası olaraq, geniş spektrdə yaradıcı və texnoloji həllər təqdim edirik:
  • Müasir və funksional vebsaytların hazırlanması
  • Strategiyaya əsaslanan Sosial Media Marketinqi (SMM)
  • Unudulmaz və dayanıqlı brendinq
  • Dinamik və təsirli motion dizayn
  • Realist və yaradıcı 3D vizuallaşdırma
  • Peşəkar videoqrafiya və fotoqrafiya
Bəzən bu bir vebsayt olur, bəzən sosial mediada dinamik bir varlıq, bəzənsə sadəcə bir şəkil və ya video. Hər dəfə fərqli, amma hər dəfə CREON imzası ilə.

Nəyə inanırıq?

Bizə görə hər marka bir hekayədir – və biz o hekayəni düzgün dildə danışmağın yollarını bilirik.
Yaradıcı düşüncə, texnoloji dəqiqlik və vizual zövq bizim işimizin əsasını təşkil edir.
Biz formaları dəyişir, formatlara yeni nəfəs veririk. Çünki inanırıq: yaxşı fikir hər yerdə işləyir – düzgün təqdim olunarsa.

CREON – ideyanın vizual həyata keçmiş halıdır.

Əgər markanızı fərqləndirmək, müasir dizaynla gücləndirmək və rəqəmsal aləmdə önə çıxarmaq istəyirsinizsə, doğru yerdəsiniz.