3D və Motion Dizayn
Məhsullarınızın təqdimatında 3D vizualizasiya önəmli faktorlardan biridir. Biznesiniz üçün 3D modellərin hazırlanması, həmçinin ehtiyac olarsa animasiyalı video şəklində təqdimatın tərəfimizdən sürətli və peşəkar şəkildə hazırlanacağına əmin ola bilərsiniz.
Sizə nə təklif edirik?
3D Modelləmə
Məhsullarınızın 3D modelini hazırlayaraq Sizə təhvil verə bilərik. Bu isə təqdimat zamanı daha cəlbedici olacaq.
3D Maskot
Reklam kampaniyanızı 1 addım daha önə çəkərək kampaniyalarınız üçün biznesinizə özəl maskot yarada bilərik. Belə ki bu maskotu görən müştərinin ağlına ilk olaraq Sizin biznesiniz gələcək.
Hərəkətli video
Hər hansı fikri çatdırmaq və ya məlumatı vermək üçün qısa zaman ərzində Sizin üçün qısametrajlı animasiya videoları hazırlaya bilərik.
3D Layihələndirmə
3D layihələndirmə təklifimiz həm fiziki şəxslər, həm də şirkətlər üçün keçərlidir. Yeni evinizin və ya ofisinizin dizayn işini bizə həvalə edərək zövqünüzə uyğun peşəkar hazırlanmış 3D dizayn proyekti əldə edə bilərsiniz.